Reklam resmi
Reklam resmi

Rusiyada DƏHŞƏT: Övladlığa götürdükləri uşaqları vəhşicəsinə DÖYDÜLƏR

Rusiyada DƏHŞƏT: Övladlığa götürdükləri uşaqları vəhşicəsinə DÖYDÜLƏR
Dünya

Rusiyanın Voronej vilayətində övladlığa götürdükləri üç uşağa uzun müddət zorakılıq etməkdə şübhəli bilinən ər-arvad həbs edilib.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 117-ci maddəsi ("Yetkinlik yaşına çatmayanlara işgəncə vermə") üzrə cinayət işi başlanıb.

İstintaqın məlumatına əsasən, cütlük 2025-ci ilin yayında üç azyaşlının qəyyumluğunu üzərinə götürüb. İddialara görə, həmin ilin sentyabr ayından 2026-cı ilin aprelinədək uşaqlar mütəmadi olaraq fiziki zorakılığa məruz qalıb, həmçinin onlara psixoloji təzyiq göstərilib.

Toplanmış materiallara baxıldıqdan sonra Novousmanski Rayon Məhkəməsi şübhəli şəxslər barəsində bir aylıq həbs-qətimkan tədbiri seçib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir, hadisənin bütün halları araşdırılır.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Voronej vilayəti

Digər Xəbərlər