Reklam resmi
Reklam resmi

Hörmüz boğazında tankerə HÜCUM EDİLİB

Hörmüz boğazında tankerə HÜCUM EDİLİB
Dünya

Hörmüz boğazında tankerə hücum edilib, ekipaj üzvləri zərər çəkməyib.

Bu barədə Ajans.az Böyük Britaniyanın HDQ yanında Koordinasiya Mərkəzinə (UKMTO) istinadən xəbər verir.

"UKMTO Hörmüz boğazında baş verən insidentlə bağlı məlumat alıb. Gəminin kapitanı naməlum mərmi dəyməsi nəticəsində tankerin komanda körpüsünün zədələndiyini bildirib" - məlumatda deyilir.

UKMTO-nun məlumatına görə, ekipajın bütün üzvlərinə hər-hansı təhlükə yoxdur. Hazırda ekoloji zərər barədə heç bir məlumat daxil olmayıb.

Mərkəz gəmilərə Hörmüz boğazından keçərkən yüksək ehtiyat tədbirlərinə riayət etməyi və istənilən şübhəli fəaliyyət barədə məlumat verməyi tövsiyə edib.

Hazırda insidentin detalları araşdırılır, səlahiyyətli orqanlar istintaq aparır.

Digər Xəbərlər