Reklam resmi
Reklam resmi

Siqaret çəkənlərin NƏZƏRİNƏ: 500 manatadək cərimə olunacaqsınız!

Siqaret çəkənlərin NƏZƏRİNƏ: 500 manatadək cərimə olunacaqsınız!
Cəmiyyət
467

Müxtəlif nəqliyyat vasitələrində tütün çəkilməsinə görə tətbiq edilən cərimələr müəyyənləşdirilib.

Ajans.az xəbər verir ki, hava nəqliyyatında tütün çəkən şəxslər 500 manat məbləğində cərimə edilir.

Dəmir yolu nəqliyyatında və dəniz, çay nəqliyyatında müəyyən edilməmiş yerlərdə tütün çəkilməsinə görə 40 manat cərimə nəzərdə tutulur.

Metropoliten stansiyalarının vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda tütün çəkən şəxslər isə 50 manat məbləğində cərimə edilirlər.

Bundan başqa, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində tütün çəkilməsinə görə 50 manat məbləğində cərimə tətbiq olunur.

author picture
Leyla Bayandurlu
Mövzular:
tütün cərimə nəqliyyat

Digər Xəbərlər