Reklam resmi
Reklam resmi

Müddətli hərbi xidmət gələcək karyera üçün vacibdir

Müddətli hərbi xidmət gələcək karyera üçün vacibdir
Hərbi

Müddətli həqiqi hərbi xidmət gələcək peşə və karyera seçimində mühüm rol oynayır.

Ajans.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Mürsəl İbrahimov APA İnformasiya Agentliyinə və REAL televiziyasına müsahibəsində deyib.

General bildirib ki, müddətli həqiqi hərbi xidmət hər bir gəncin həyatında mühüm mərhələdir və bu xidmət gələcək peşə fəaliyyətinə də təsir göstərir.

"Həm kişilik məktəbidir bu, həmçinin də onların gələcək həyatlarında, hər hansı qurumlarda xidmət etməsi, işləməsi baxımından vacib amillərdən biridir", – deyə o vurğulayıb.

Mürsəl İbrahimovun sözlərinə görə, müddətli həqiqi hərbi xidmət keçmiş şəxslər sonradan hərbi qulluq, xüsusi xidmət və hüquq-mühafizə orqanlarında xidmət etmək, eləcə də digər aidiyyəti dövlət qurumlarında çalışma imkanı əldə edə bilərlər.

Dövlət Xidmətinin rəisi bu baxımdan valideynlərə də müraciət edərək övladlarının hərbi xidmətdən yayınmasına yol verməməyə çağırıb və bildirib ki, müddətli həqiqi hərbi xidmət gənclərin gələcək həyatında mühüm əhəmiyyət daşıyır.

Mövzular:
Hərbi xidmət karyera

Digər Xəbərlər