Reklam resmi
Reklam resmi

Türkiyədə ATIŞMA- ÖLƏN VAR

Türkiyədə ATIŞMA- ÖLƏN VAR
Dünya

Türkiyənin paytaxtı Ankarada keçirilən əməliyyat zamanı təhlükəsizlik qüvvələri ilə şübhəlilər arasında atışma baş verib. Nəticədə bir nəfər öldürülüb, daha bir nəfər isə yaralanaraq saxlanılıb.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, əməliyyat 7-8 iyul tarixlərində keçiriləcək NATO sammiti ərəfəsində həyata keçirilib. Təhlükəsizlik qüvvələri kəşfiyyat məlumatları əsasında Ankara vilayətinin Haymana rayonunda terror təşkilatı İŞİD-in üzvlərinin gizləndiyi ehtimal olunan ünvana xüsusi əməliyyat təşkil edib.

Bildirilir ki, polis əməkdaşları şübhəlilərə təslim olmaq çağırışı etsələr də, onlar buna məhəl qoymayaraq atəş açıblar. Nəticədə baş verən qarşıdurma zamanı şübhəlilərdən biri zərərsizləşdirilib.

Əməliyyat zamanı yaralanan digər şəxsin terror təşkilatı üzvünün həyat yoldaşı olduğu bildirilir. Ona ilkin tibbi yardım göstərildikdən sonra gücləndirilmiş mühafizə altında xəstəxanaya aparılıb və nəzarətə götürülüb.

Hazırda hüquq-mühafizə orqanları hadisə yerində araşdırmaları davam etdirir, şübhəlilərin mümkün əlaqələri və fəaliyyət dairəsi müəyyənləşdirilir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Türkiyə atışma

Digər Xəbərlər