Məşhur supermodellər Bella və Gigi Hadidin anası, keçmiş model Yolanda Hadid üçüncü dəfə ailə qurmağa hazırlaşır.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, 62 yaşlı Yolanda Hadid amerikalı iş adamı Rendi Kendrikdən evlilik təklifi alıb və cütlük nişanlanıb.
Bildirilir ki, Kendrik sənaye-logistika daşınmaz əmlak şirkəti olan Xebec-in təsisçisi və baş icraçı direktorudur. O, həmçinin Sandow Lakes Ranch Venture layihəsinə rəhbərlik edir.
Bu xəbər bir çoxları üçün gözlənilməz olub. Belə ki, Yolanda Hadid 2025-ci ilin əvvəlində uzunmüddətli münasibətdə olduğu tikinti şirkəti rəhbəri Coey Cingoli ilə ayrılmışdı. Cütlüyün münasibəti təxminən altı il davam etsə də, onlar rəsmi nikah bağlamamışdılar.
Bu evlilik baş tutarsa, Yolanda Hadid üçün üçüncü nikah olacaq. O, 1994–2000-ci illərdə daşınmaz əmlak inkişafçısı Məhəmməd Hadid ilə evli olub. Bu nikahdan cütlüyün üç övladı — Gigi, Bella və Ənvər Hadid dünyaya gəlib.
Daha sonra, 2011-ci ildə Yolanda məşhur musiqi prodüseri Devid Fosterlə ailə qurub. Lakin cütlük altı il sonra ayrılıb.
Yolanda Hadid hələlik nişan xəbərləri ilə bağlı rəsmi açıqlama verməyib. Bununla belə, məlumat təsdiqlənərsə, dünyanın ən tanınmış model ailələrindən birində yaxın vaxtlarda daha bir toyun keçirilməsi gözlənilir.