Trampdan Venesuelaya DƏSTƏK
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton zəlzələnin fəsadlarının aradan qaldırılması üçün Venesuelaya kömək edəcək.
Ajans.az xəbər verir ki, o, bu barədə "Truth Social" şəbəkəsində qeyd edib.
"Böyük Venesuela xalqını yenicə sarsıdan iki güclü zəlzələ irimiqyaslı oldu və böyük insan tələfatına gətirib çıxardı. ABŞ yardım göstərməyə hazırdır, buna istəklidir və qadirdir! Mən hökumətimizin bütün idarələrinə çevik tədbirlər görməyə hazır olmaq üçün göstəriş vermişəm. Biz yeni və möhtəşəm dostlarımızın yanında olacağıq", - deyə o əlavə edib.
Mövzular: