Reklam resmi
Reklam resmi

Həbib Nurməhəmmədovu AXTARIRLAR

Həbib Nurməhəmmədovu AXTARIRLAR
Dünya

Keçmiş UFC çempionu Həbib Nurməhəmmədov artıq iki ildən çoxdur ki, magistr diplomunu almaq üçün universitetə müraciət etməyib.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, Həbib 2021-ci ildə Plexanov Rusiya İqtisadiyyat Universitetində bakalavr təhsilini qiyabi formada başa vurub. Daha sonra o, universitetin Biznes Məktəbinin “İnteqral” magistr proqramına distant şəkildə qəbul olunub.

Nurməhəmmədov “Kommersiya təşkilatlarında mühasibat uçotu və vergi uçotu” ixtisası üzrə təhsil alaraq iqtisadiyyat sahəsində magistr dərəcəsi qazanıb. Təhsil müddətində o, makro və mikroiqtisadiyyat, idarəetmə texnologiyaları, rəqəmsal biznes transformasiyası, ekonometrika, beynəlxalq maliyyə hesabatı standartları, vergi konsaltinqi, maliyyə hüququ və digər ixtisas fənlərini öyrənib.

Həbib Nurməhəmmədov 2024-cü ildə magistratura təhsilini uğurla başa vursa da, bu günə qədər diplomunu götürməyib.

Bildirilir ki, universitet rəhbərliyi artıq üçüncü ildir keçmiş çempionun diplomunu təqdim etmək üçün onun müraciətini gözləyir. Əgər Nurməhəmmədov yaxın vaxtlarda sənədi almaq üçün universitetə müraciət etməzsə, diplom arxivə göndərilə bilər.

author picture
Leyla Bayandurlu
Mövzular:
Həbib Nurməhəmmədov UFC çempionu

Digər Xəbərlər