İran bankları ciddi problemlərlə ÜZLƏŞİR
Bu gün İranda bank sistemində genişmiqyaslı texniki problemlər qeydə alınıb.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, səhər saatlarından etibarən ölkənin bir sıra banklarının xidmətlərində ciddi nasazlıqlar müşahidə olunur.
Məlumata əsasən, problemlər ödəniş terminalları, mobil bank tətbiqləri, onlayn xidmətlər və elektron ödəniş keçidlərinin fəaliyyətinə təsir göstərib.
Bir çox istifadəçi pul köçürmələrinin həyata keçirilməsində çətinliklərlə üzləşdiklərini, əməliyyatların emalında gecikmələrin yarandığını və bəzi onlayn xidmətlərin əlçatmaz olduğunu bildirir.
Nasazlıqlar ölkənin iri maliyyə qurumları olan Saderat, Sepəh, Tecarət, Resalət və Mellət banklarının xidmətlərini əhatə edib. Bəzi müştərilər problemlə qarşılaşmış banklar vasitəsilə köçürmə əməliyyatlarının müvəqqəti olaraq mümkün olmadığını bildirirlər.