Reklam resmi
Reklam resmi

Moskvanın mərkəzində insident

Moskvanın mərkəzində insident
Dünya
525

Rusiyanın əməkdar artisti, opera müğənnisi German Yukavski Moskvanın mərkəzində baş verən insidentdən sonra diqqət mərkəzinə düşüb.

Ajans.az SHOT Telegram kanalına istinadən xəbər verir ki, hadisə bu gün Bolotnaya sahilində qeydə alınıb. Şahidlərin sözlərinə əsasən, sənətçi sərxoş vəziyyətdə olub və özünü qeyri-adekvat aparıb. Bildirilir ki, o, bir qadınla mübahisə etdikdən sonra körpüdən çaya düşüb.

Məlumata görə, Yukavski çayı üzərək keçməyə çalışsa da, xilasedicilər tərəfindən sudan çıxarılıb. Hazırda onun vəziyyəti ilə bağlı rəsmi məlumat açıqlanmayıb.

Qeyd edək ki, German Yukavski B. A. Pokrovski adına Moskva Dövlət Akademik Kamera Musiqili Teatrının solistidir. O, 2010-cu ildə Rusiyanın nüfuzlu "Qızıl Maska" teatr mükafatına namizəd göstərilib. Sənətçinin repertuarında 500-dən çox əsər yer alır.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya German Yukavski

Digər Xəbərlər