Reklam resmi
Reklam resmi

Çində qəssabdan qaçan öküz küçədə insanları tapdaladı

Çində qəssabdan qaçan öküz küçədə insanları tapdaladı
Dünya

Çinin Hunan əyalətinin Çanşa şəhərində qəssabdan qaçan öküz küçədə insanlara hücum edərək üç nəfəri yaralayıb.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, hadisə iyunun 21-də gecə saatlarında baş verib. Şahidlərin sözlərinə əsasən, aqressiv heyvan topdansatış bazarından qaçaraq küçəyə çıxıb və yolu keçən iki kişiyə çırpılıb. Zərbənin təsirindən hər iki şəxs havaya qalxaraq yerə düşüb. Şahidlərdən biri bildirib ki, yaralılardan birinin ayaqqabıları belə ayağından çıxıb.

Öküz daha sonra küçə boyunca qaçaraq yoldan keçən başqa bir kişiyə də hücum edib. Hadisə zamanı ətrafdakı insanlar heyvandan qorunmaq üçün küçə satıcılarının köşklərinə sığınıblar.

Hadisə yerinə çağırılan polis əməkdaşları aqressiv heyvanı zərərsizləşdiriblər. Yaralanan şəxslərdən ikisi xəstəxanaya aparılıb. Onlardan birinin qabırğasının sındığı bildirilir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Çin qəssab öküz

Digər Xəbərlər