Bu ölkənin sabiq Prezidenti VƏFAT ETDİ
Timor-Lestenin 2017–2022-ci illərdə prezidenti olmuş Francisco Guterres 71 yaşında vəfat edib.
Ajans.az Tatoli xəbər agentliyinə istinadən xəbər verir ki, ölkə hökuməti onun vəfatı ilə əlaqədar yeddi günlük milli matəm elan edib.
Keçmiş dövlət başçısı müalicə aldığı Kuala Lumpur şəhərindəki tibb müəssisəsində dünyasını dəyişib. İyunun 22-dən 28-dək davam edəcək matəm müddətində ölkə ərazisində və Timor-Lestenin xaricdəki diplomatik nümayəndəliklərində dövlət bayraqları yarıya endiriləcək.
Fransisko Quterreş 1954-cü ildə, o zaman Portuqaliya müstəmləkəsi olan Timorun Osso şəhərində anadan olub. O, 2002–2007-ci illərdə ölkə parlamentinin sədri vəzifəsində çalışıb.
2017-ci ildə keçirilən prezident seçkilərində səslərin 57,1 faizini toplayaraq dövlət başçısı seçilən Quterreş beş il ölkəyə rəhbərlik edib. Onun prezidentliyi dövründə Timor-Lestenin ümumi daxili məhsulu 15 faiz artaraq 2020-ci ildə 1,9 milyard dollara çatıb.
2022-ci ildə ikinci müddətə prezident seçilmək üçün namizədliyini irəli sürsə də, səslərin 37 faizini toplayaraq rəqibi José Ramos-Horta-ya məğlub olub.
Quterreşin vəfatı ölkədə və regionda böyük kədər hissi ilə qarşılanıb.