Qonşu ölkədə 2 GÜCLÜ ZƏLZƏLƏ
Rusiyanın Kamçatka yarımadasında təxminən bir dəqiqə fərqlə iki güclü zəlzələ qeydə alınıb.
Ajans.az xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialının məlumatına görə, ilk zəlzələ yerli vaxtla saat 18:51-də (Bakı vaxtı ilə 10:51) baş verib. Maqnitudası 5,5 olan yeraltı təkanların episentri Petropavlovsk-Kamçatski şəhərindən 168 kilometr məsafədə yerləşib.
Bundan təxminən bir dəqiqə sonra daha güclü – 6,3 maqnitudalı ikinci zəlzələ qeydə alınıb. Məlumata görə, onun episentri Petropavlovsk-Kamçatskidən 183 kilometr aralıda, 15,4 kilometr dərinlikdə yerləşib.
İlkin qiymətləndirməyə əsasən, Petropavlovsk-Kamçatskidə zəlzələnin hiss olunan gücü 4 bal təşkil edib. Yeraltı təkanlar Yelizovo, Vulkannı, Termalnı və ətraf yaşayış məntəqələrində də hiss olunub.
Mövzular: