Avropa İttifaqında ən bahalı ölkə müəyyənləşdi
2025-ci ildə Danimarkada mal və xidmətlərin qiymət səviyyəsi Avropa İttifaqında (Aİ) ən yüksək göstəriciyə çataraq Aİ üzrə orta səviyyənin 140%-ni təşkil edib.
Ajans.az xəbər verir ki, bu barədə "Avrostat"ın rəsmi saytında məlumat dərc olunub.
Məlumata görə, İrlandiyada analoji göstərici 136%, Lüksemburqda isə 132% olub. Ən aşağı qiymət səviyyələri isə Bolqarıstanda (63%), Rumıniyada (65%) və Polşada (73%) qeydə alınıb.
Mövzular: