Reklam resmi
Reklam resmi

İxracda lider məhsullar AÇIQLANIB

İxracda lider məhsullar AÇIQLANIB
İqtisadiyyat

2026 - cı il yanvar – may aylarında Azərbaycanın ixrac etdiyi əsas məhsullar açıqlanıb.

Ajans.az xəbər verir ki, cari il üzrə ixrac 13 milyard 969 milyon 888 min 540 ABŞ dolları təşkil edir. İxracda üstünlük neft  qaz sektoruna daxil olan mallardadır.  

Neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac cəmi 8 milyard 337 milyon 992 min ABŞ dollardır. Bu isə ötən illə müqayisədə 755 milyon 761 min 400 ABŞ dolları azdır. 

Neft  qaz sektoruna daxil olmayan malların ixracı 5 milyard 131 milyon 966 min 540 ABŞ dollarıdır. Bu malların ixracı üzrə üstünlük tərəvəz  meyvədədir. 

Qeyd edək ki, cari ilin yanvar -  may ayı üzrə 119 milyon 820 min 900 ABŞ dolları dəyərində tomat, 90 milyon 181 min 990 ABŞ dolları dəyərində isə meşə fındığı ixrac edilib. 

 Mələksəda Ziyad

Mövzular:
ixrac ticarət gömrük

Digər Xəbərlər