Reklam resmi
Reklam resmi

Muxtar Babayev BMT-nin Baş katibi ilə görüşüb 

Muxtar Babayev BMT-nin Baş katibi ilə görüşüb 
Siyasət, Xarici siyasət

Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Londonda BMT-nin Baş katibi Antonio Quterreşlə görüşüb.

Ajans.az xəbər verir ki, M. Babayev bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

"London İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BMT-nin Baş katibi Antonio Quterreşlə görüşməkdən məmnunam", - o bildirib.

Görüşdə COP29 nəticələrinin icrası, COP31-ə hazırlıq müzakirə edilib:

"Həmçinin, iqlim öhdəliklərini konkret nəticələrə çevirmək üçün metan emissiyalarının azaldılmasının sürətləndirilməsi, iqlim maliyyəsinin miqyasının artırılması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi barədə fikir mübadiləsi apardıq".

Mövzular:
London İqlim Fəaliyyəti Həftəsi Muxtar Babayev Antonio Quterreş

Digər Xəbərlər