Qətər İrana 12 milyard dollarlıq maliyyə paketi təklif edib
Qətər ölkə banklarında İrana aid dondurulmuş 24 milyard dolların taleyi ilə bağlı danışıqlar prosesində yaranmış dalandan çıxmaq məqsədilə Tehrana 12 milyard dollarlıq maliyyə paketi təklif edib.
Ajans.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Təklifə əsasən, 6 milyard dollar Qətərdə dondurulmuş İran aktivlərinin azad edilməsi hesabına təmin olunacaq, digər 6 milyard dollar isə kredit və ya kredit xətti şəklində verilə bilər.
Mövzular: