Reklam resmi
Reklam resmi

Bazar günü hava necə OLACAQ?

Bazar günü hava necə OLACAQ?
Gündəm

Ölkə ərazisində bazar günü gözlənilən hava məlumatı açıqlanıb.

Ajans.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, iyunun 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-22°, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-22°, gündüz 29-34° isti, dağlarda gecə 10-15°, gündüz 18-23°, bəzi yerlərdə 25-30° isti olacaq.

Mövzular:
Milli Hidrometeorologiya Xidməti Hava proqnozu

Digər Xəbərlər