Reklam resmi
Reklam resmi

Çimərliklərdə görünməyən ÖLÜM TƏLƏSİ

Çimərliklərdə görünməyən ÖLÜM TƏLƏSİ
Gündəm
369

Çimərliklərdə baş verən boğulma hadisələrinin böyük əksəriyyəti insan faktorundan qaynaqlanır.

Təhlükəsizlik üzrə ekspert Orxan Musayev ajans.az-a  bildirib ki, insanların etdiyi sadə səhvlər çox vaxt qarşısı alına biləcək faciələrə səbəb olur. Dəniz istirahət üçün cəlbedici məkan olsa da, gözəlliyinin arxasında ciddi təhlükələr gizlənir 

Ekspert qeyd edib ki, insanlar dənizdə istirahət edərkən onun təhlükəli tərəfinin olduğunu unudurlar: 

Təəssüf ki, spirtli içki qəbul edib suya girmək, uşaqları nəzarətsiz buraxmaq, qadağan olunmuş ərazilərdə çimmək hələ  adi hal kimi qəbul edilir. Vətəndaşlar yalnız nəzarət olunan  rəsmi fəaliyyət göstərən çimərliklərdən istifadə etməlidirlər. Çünki belə ərazilərdə xilasedici heyət fəaliyyət göstərir  fövqəladə vəziyyət zamanı müdaxilə etmək mümkündür. Nəzarətsiz çimərliklərdə xilasedici xidmət olmadığı üçün hər hansı təhlükə yarananda insanın həyatını xilas etmək çox çətinləşir. Nəzarət olunan çimərliklərdə isə suyun dərinliyi müəyyən edilir, təhlükə yarada biləcək daş  qayalar təmizlənir  

Mütəxəssis boğulma hallarının ən təhlükəli tərəfinə  diqqət çəkib. Onun sözlərinə görə, bu hadisələr çox vaxt saniyələr içində  səssiz baş verir: 

İnsanlar bəzən düşünür ki, boğulan şəxs qışqıracaq, kömək istəyəcək. Amma əksər hallarda belə olmur. İnsan sadəcə suyun altında itir. Hətta peşəkar üzgüçülər belə meteoroloji faktorların təsiri ilə özlərini itirə bilərlər. Dənizə girməzdən əvvəl hava şəraiti, küləyin gücü  dalğanın hündürlüyü mütləq nəzərə alınmalıdır 

O.Musayev hesab edir ki, maarifləndirmə işləri gücləndirilməlidir. İnsanlar yalnız dalğa var, üzmək olmaz xəbərdarlığını deyil, dalğanın insan bədəninə təsirini, axına düşəndə  baş verdiyini  boğulma zamanı yaranan riskləri bilməlidirlər. 

Ekspert əlavə edib ki, qaydaları pozan şəxslərlə bağlı ictimai qınaqla yanaşı, inzibati tədbirlər  tətbiq olunmalıdır: 

Qadağan olunmuş çimərliklərdən istifadə  ya alkoqol qəbul edib suya girmək kimi hallar təhlükə yaradır. Bu düşüncədən qurtulmalıyıq ki, mənə heç  olmaz. Çünki dənizdə bir anlıq ehtiyatsızlıq həyat bahasına başa gələ bilər”. 

Mələksəda  Ziyad

Mövzular:
Çimərlik ölüm təhlükə

Digər Xəbərlər