Azərbaycanda İrana məxsus yanacaq maşını AŞDI-FOTO
Qaxda İran İslam Respublikasına məxsus yanacaq daşıyan maşın aşıb.
Ajans.az xəbər verir ki, hadisə Qax-Zaqatala yolunun Süskənd kəndi ərazisindən keçən hissəsində baş verib.
İran İslam respublikasına məxsus yanacaq daşıyan maşın Zaqatala rayon istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq meşəlik ərazidə aşıb.
Ehtimal olunur ki qəzaya sürücünün sükan arxasında yatması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.(lent.az)

Mövzular: