Reklam resmi
Reklam resmi

Avtomobil 20 metr hündürlükdən dərəyə düşdü

Avtomobil 20 metr hündürlükdən dərəyə düşdü
Hadisə

Qaxa istirahətə gələn Ağcabədi sakini avtomobilini dərəyə aşırıb.

Ajans.az xəbər verir ki, hadisə axşam saatlarında Qax-İlisu avtomobil yolunun İlisu kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Qaxa gəzməyə gedən 35 yaşlı Ağcabədi rayon sakini Şıxlar Famil oğlu İsmayılovun idarə etdiyi "Toyota" markalı avtomobil sərt döngədə idarəetməni itirərək 20 metr dərinlikdə olan dərəyə düşüb.

Hadisə zamanı xəsarət alan Ş. İsmayılov Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı qax rayon Polis Şöbəsində araşdırma aparılır. (lent.az)

Mövzular:
Qax avtomobil dərə

Digər Xəbərlər