Reklam resmi
Reklam resmi

Xəzər üzərindən enerji ixracı imkanları müzakirə edildi

Xəzər üzərindən enerji ixracı imkanları müzakirə edildi
İqtisadiyyat

Azərbaycan və ABŞ-nin "Chevron" şirkəti arasında Xəzər dənizi vasitəsilə enerji nəqli, ixrac marşrutları və karbonsuzlaşma layihələri barədə müzakirələr aparılıb.

Ajans.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.

"Bakı Enerji Həftəsi" çərçivəsində "Chevron" şirkətinin Avrasiya biznes bölməsinin idarəedici direktoru Derek Maqnes ilə görüşdük. Azərbaycanın iqtisadi inkişaf və enerji sahəsində prioritetlərini, əməkdaşlığın perspektivlərini vurğuladıq. Xəzər dənizi vasitəsilə enerji nəqli, ixrac marşrutları və karbonsuzlaşma layihələri barədə müzakirələr apardıq", - paylaşımda qeyd edilib.

Mövzular:
Azərbaycan ABŞ Chevron Xəzər dənizi

Digər Xəbərlər