Reklam resmi
Reklam resmi

Yeni qaydalar- BU DƏRMAN DEYİL

Yeni qaydalar- BU DƏRMAN DEYİL
Sağlamlıq
662

Bioloji aktiv qida məhsullarının (BAQM) ekspertizadan keçirilməsi qaydası müəyyənləşib.

Ajans.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq qərar iyunun 1-dən qüvvəyə minib.

Qərara əsasən, BAQM “Qida təhlükəsizliyi haqqında” Qanuna əsasən qeydiyyata alınmazdan əvvəl dərman vasitələri ilə eyni tərkibli və eyni dozalı olub-olmamasının müəyyən edilməsi məqsədilə “Dərman vasitələri haqqında” Qanuna uyğun olaraq ekspertizadan keçiriləcək.

Analitik Ekspertiza Mərkəzi (AEM) təqdim olunmuş sənəd və məlumatlar, habelə məhsulun dərman vasitələri ilə eyni tərkibli və eyni dozalı olub-olmamasına dair aparılmış laborator sınaqlar əsasında rəy verəcək. Həmin rəy Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə real vaxt rejimində Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) təqdim ediləcək.

Aparılmış ekspertiza nəticəsində təqdim edilmiş məhsulun dərman vasitəsi ilə eyni tərkibli və ya eyni dozalı olduğu müəyyən edildikdə bu barədə AQTA-ya Səhiyyə Nazirliyi (SN) tərəfindən EHİS vasitəsilə real vaxt rejimində məlumat verilməklə həmin məhsula münasibətdə “Dərman vasitələri haqqında” Qanuna uyğun olaraq dərman vasitələrinə aid tələblər tətbiq ediləcək.

BAQM-in istifadə təlimatında aşağıda göstərilən məzmunda ifadə və məlumatlar mütləq qeyd olunmalıdır:

·       “DƏRMAN VASİTƏSİ DEYİLDİR!”;

·       “Xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz”;

·       “Tövsiyə edilən gündəlik dozanı keçməyin”;

·       “Bioloji aktiv qida məhsulu normal qidalanmanı əvəz etmir”;

·       “Uşaqların əli çatmayan yerdə saxlayın”;

·       “Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin”.

Uşaqlar və ya kişilər üçün nəzərdə tutulan BAQM-lərda “Xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin” ifadəsi qeyd olunmalıdır.

Mövzular:
qaydalar dərman əlavələr

Digər Xəbərlər