Reklam resmi
Reklam resmi

Zakir Həsənov İrakli Kobaxidze ilə görüşdü

Zakir Həsənov İrakli Kobaxidze ilə görüşdü
Siyasət

Gürcüstan Baş naziri İrakli Kobaxdize Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşüb.

Ajans.az xəbər verir ki, bu barədə sosial media hesabında Gürcüstan hökumətinin başçısı məlumat verib.

“Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənovla görüşdüm. Görüşdə ikitərəfli, regional və beynəlxalq əməkdaşlıq məsələlərini müzakirə etdik. Ölkələr arasında strateji tərəfdaşlığın və müdafiə sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğuladıq. Həmçinin bölgədə sülhün və sabitliyin vacibliyinə diqqət yetirdik.

Gürcüstan baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani görüşdə iştirak edib”, - Kobaxidze bildirib.

Mövzular:
Gürcüstan Azərbaycan İrakli Kobaxidze Zakir Həsənov

Digər Xəbərlər