Reklam resmi
Reklam resmi

Finlandiya Ukraynaya hərbi yardım paketi göndərəcək

Finlandiya Ukraynaya hərbi yardım paketi göndərəcək
Dünya

Finlandiyanın müdafiə naziri Antti Hakkianen prezident Aleksandr Stubbun Ukraynaya 33-cü hərbi yardım paketinin ötürülməsi barədə qərar verdiyini bəyan edib.

Ajans.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Göndərilən silahların və hərbi avadanlıqların dəyəri təxminən 128 milyon avro məbləğində qiymətləndirilir. Paketin tərkibinə həm Finlandiya Silahlı Qüvvələrinin ehtiyatlarından göndərilən tədarüklər, həm də milli müdafiə müəssisələrindən satın alınmış məhsullar daxildir.

Vurğulanıb ki, Finlandiya hazırkı mərhələyə qədər Ukraynaya ümumilikdə 3,4 milyard avro məbləğində müdafiə məhsulları ötürüb.

Mövzular:
Ukrayna Rusiya müharibə finlandiya yardım

Digər Xəbərlər