Cəlilabadda 19 yaşlı gənc boğuldu
Cəlilabadda 19 yaşlı gənc suda boğulub.
Ajans.az xəbər verir ki, hadisə rayonun Privolnye kəndində baş verib.
Belə ki, kənd sakini, 2007-ci il təvəllüdlü Abbasov Elşən Cəlal oğlu qardaşları ilə birlikdə kənd ərazisindəki kiçik su hövzəsində çimərkən ehtiyatsızlıq nəticəsində suda boğulub.
Mərhumun meyiti sudan çıxarılaraq Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.(unikal)