Reklam resmi
Reklam resmi

Venesuela heç vaxt ABŞ-ın 51-ci ştatı OLMAYACAQ

Venesuela heç vaxt ABŞ-ın 51-ci ştatı OLMAYACAQ
Dünya

Venesuelanın Prezident Komissarı Delsi Rodrigez ölkəsinin heç vaxt ABŞ-ın 51-ci ştatına çevrilməyəcəyini bildirib.

Ajans.az RİA Novosti-ə istinadən xəbər verir ki, o, Venesuelanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü qorumağa davam edəcəyini vurğulayıb.

“Bu, nə gündəmdədir, nə də heç vaxt gündəmdə olacaq. Venesuelalılar üçün ən vacib məsələ müstəqilliyin qorunmasıdır”, – deyə o qeyd edib.

Rodrigez ABŞ Prezidenti Donald Trampın Venesuela ilə bağlı açıqlamalarına cavab olaraq bu fikirləri səsləndirib.

Bundan əvvəl Trampın Venesuelanı ABŞ-ın 51-ci ştatı etmək ideyasını müzakirə etdiyi barədə məlumatlar yayılmışdı. Bu iddia isə siyasi dairələrdə geniş rezonans doğurub.

author picture
Leyla Bayandurlu
Mövzular:
Venesuela Delsi Rodrigez ABŞ

Digər Xəbərlər