Azərbaycanda BƏDBƏXT HADİSƏ: İşlədiyi bağda ÖLDÜ
Tərtər rayonunda gənc oğlan tənəffüs çatışmazlığından vəfat edib.
Ajans.az xəbər verir ki, hadisə mayın 7-si saat 16 radələrində Tərtər şəhərinin ərazisində yerləşən bağda baş verib.
Orada işləyən Yevlax rayon sakini 2001-ci il təvəllüdlü Dünyamin Ayaz oğlu Hümbətov astma bronxit xəstəliyindən ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır./qafqazinfo
Mövzular: