Epşteynin intihar məktubu tapıldı- FOTO
ABŞ-da məhkəmə sənədlərində maliyyəçi Ceffri Epşteynə aid olduğu iddia edilən intihar qeydi açıqlanıb.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, Epşteyn aylarla davam edən istintaqın heç bir nəticə vermədiyini iddia edir və ittihamların əvvəlki illərdə baş vermiş hadisələrə əsaslandığını bildirir. Qeyd belə yekunlaşır: “Məndən nə istəyirsən — göz yaşlarına boğulum? Əyləncəli deyil. Buna dəyməz!”
Epşteynin kamera yoldaşı Nikolas Tartalyonenin sözlərinə görə, qeyd 2019-cu ilin iyul ayında maliyyəçinin huşsuz vəziyyətdə tapılmasından sonra aşkar edilib. O zaman Epşteyn sağ qalsa da, bir neçə həftə sonra həbsxana kamerasında ölü tapılıb.

Mövzular: