Buxur restoranında baş verən instdentlə bağlı bu şəxslər SAXLANILDI
Xəbər verdiyimiz kimi, Bakıda yerləşən “Buxur” loungeda müştərilər arasında kütləvi dava baş verməsi ilə bağlı məlumat yayılmışdı.
Ajans.az-ın məlumatına görə, paytaxtın Nərimanov rayonunda yerləşən “Buxur” restoranının qarşısında baş verən insidentdə iştirak edən şəxslər - Ş.Baxşiyeva, S.Əliyeva, D.Feyzullayeva, S.Məhərrəmli, A.Xəlilova, A.Abdullayeva və İ.Nəcəfov polis əməkdaşları tərəfindən müəyyən ediliblər. Onlar saxlanılaraq ərazi üzrə müvafiq Polis Şöbəsinə gətiriliblər. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Mövzular: