Reklam resmi
Reklam resmi

150-dən artıq diplomat Qarabağa getdi

150-dən artıq diplomat Qarabağa getdi
Siyasət

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura bərpa və iqtisadi inkişaf layihələri ilə tanışlıq məqsədilə növbəti səfəri başlayıb.

Ajans.az xəbər verir ki, bu gün Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Şərqi Zəngəzur və Qarabağa səfəri başlayıb.

Səfərdə ümumilikdə 62 ölkə və beynəlxalq təşkilatı təmsil edən 150-dən artıq səfir, diplomat, hərbi attaşe və digər nümayəndə iştirak edir.

Səfər Xankəndi şəhərini, Xocalı, Şuşa və Laçın rayonlarını əhatə etməklə iki gün davam edəcək.

İştirakçılar səfər müddətində bölgədə aparılan yenidənqurma və bərpa işlərini yerində izləyəcək, həmçinin sosial və iqtisadi əhəmiyyətli obyektlərlə tanış olacaqlar.

Mövzular:
Qarabağ və Şərqi Zəngəzur diplomat

Digər Xəbərlər