Reklam resmi
Reklam resmi

Bakı məktəbində şagirdə yanıq xəsarəti yetirildi

Bakı məktəbində şagirdə yanıq xəsarəti yetirildi
Gündəm

20.04.2026-cı il tarixində saat 10:15 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 286 nömrəli məktəbdən çağırış qeydə alınıb.

Ajans.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. 

2011-ci il təvəllüdlü yeniyetmə (kişi) yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəznində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub.

Ona başın, üzün, boynun, gövdənin ön-yan səthlərinin hər iki yuxarı ətraflarının II-III dərəcəli termiki alov yanığı diaqnozu təyin olunub. 

Hazırda pasyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir.

author picture
Zərif Sofiyeva
Mövzular:
məktəb şagird

Digər Xəbərlər