Reklam resmi
Reklam resmi

Azərbaycanın bu il ixrac etdiyi qazın həcmi açıqlanıb

Azərbaycanın bu il ixrac etdiyi qazın həcmi açıqlanıb
İqtisadiyyat

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 12,6 milyard kubmetr təbii qaz hasil edilib, bu da ötən ilin göstəricisinə bərabərdir.

Ajans.az xəbər verir ki, bununla bağlı Energetika Nazirliyindən məlumat verilib. Hasil edilmiş qazın 3,5 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” blokunun, 6,9 milyard kubmetri “Şahdəniz”in, 0,4 milyard kubmetri “Abşeron” yatağının, 1,8 milyard kubmetri isə SOCAR-ın payına düşüb.

Məlumata əsasən, bu dövrdə xaricə qaz ixracı 6,5 milyard kubmetr təşkil edib, bu da 8,3% artım deməkdir.

“Bunun 3 milyard kubmetri Avropanın, 2,4 milyard kubmetri Türkiyənin (o cümlədən TANAP-la 1,5 milyard kubmetr), 0,8 milyard kubmetri Gürcüstanın, 0,3 milyard kubmetri isə Suriyayanın payına düşüb”, - məlumatda qeyd olunur.

Mövzular:
qaz ixrac

Digər Xəbərlər