Dağıstanda 1100-ə yaxın ev su altında qalıb
Dağıstanda 8 yaşayış məntəqəsində 1 091 yaşayış evi, 1146 həyətyanı sahə və 70 yol hələ də su altında qalıb.
Ajans.az xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Martın 28-29-u və aprelin 5-də yağan leysan yağışlar nəticəsində Dağıstanda torpaq sürüşmələri və daşqınlar baş verib, yollara və körpülərə ciddi ziyan dəyib. Leysan yağışları eyni zamanda yüzlərlə evlərin su basmasına, su və elektrik təchizatında fasilələrə səbəb olub.
Mövzular: