Abşeronda yanğın OLUB
Abşeron rayonunun Saray qəsəbəsində tikiş sexi yanıb.
Ajans.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, ümumi sahəsi 250 m² olan birmərtəbəli tikiş sexinin içərisində parça materialları 120 m² sahədə və dam örtüyünün taxta atmaları 200 m² sahədə yanıb.
"Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə məlumatda qeyd olunub.
Mövzular: