Reklam resmi
Reklam resmi

Toya hazırlaşan 29 yaşlı gənci SEL APARDI- AİLƏ FACİƏSİ - VİDEO

Toya hazırlaşan 29 yaşlı gənci SEL APARDI- AİLƏ FACİƏSİ - VİDEO
Hadisə
421

Qusarda bədbəxt hadisə baş verib. 29 yaşlı şəxsi sel aparıb. Hadisə rayonun Gündüzqala kəndində baş verib.

Ajans.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

Kənd sakinlərinin sözlərinə görə, bu artıq ərazidə baş verən ikinci sel hadisəsidir: "Sel güclü gəlib, eşitdiyimə görə bir nəfəri də aparıb. Bu, ikinci dəfədir. Bundan 3-4 gün qabaq da gəlmişdi. O da çox güclü idi. Bu, ondan da güclüdür".

Mərhumun qohumu hadisə anını belə təsvir edib:

"İki gündür sel gəlir. Qıraqda dayanmışdıq hamımız. Baxırdıq selə, kömək etməyə ehtiyac yox idi. O, birinci dəfə sürüşdü, güclə tutub çıxardıq. İkinci dəfə sürüşəndə çatdıra bilmədik. Özü bir az qıraqda dayanmışdı, torpaq suyun içinə düşdü. O da onunla bir yerdə düşdü. O qədər qaçdıq, ayaqyalın, amma çatdıra bilmədik. Su çox sürətli idi. Evin tək oğlu idi, subay idi. Toya hazırlaşırdı".

Mövzular:
Qusar sel

Digər Xəbərlər