Reklam resmi
Reklam resmi

ABŞ-nin Venesueladakı səfirliyi fəaliyyətini BƏRPA edir

ABŞ-nin Venesueladakı səfirliyi fəaliyyətini BƏRPA edir
Dünya

ABŞ-nin Venesueladakı səfirliyi rəsmi olaraq fəaliyyətini bərpa edir.

Ajans.az bildirir ki, bu barədə ABŞ Dövlət Departamenti "Bloomberg News" agentliyinə məlumat verib.

"ABŞ-nin Karakasdakı səfirliyinin fəaliyyətini bərpa etməsi prezidentin Venesuela üzrə üçmərhələli planının həyata keçirilməsində əsas mərhələdir", - deyə Dövlət Departamentinin nümayəndəsi Tommi Piqott bildirib.

Dövlət Departamentindən qeyd olunub ki, səfirliyin fəaliyyətinin bərpası ABŞ-nin Venesuelanın müvəqqəti hökuməti, vətəndaş cəmiyyəti və özəl sektoru ilə birbaşa qarşılıqlı əlaqə qurmaq imkanlarını gücləndirəcək.

Mövzular:
venesuela ABŞ

Digər Xəbərlər