AĞIR QƏZA: 67 yaşlı qadın ÖLDÜ
Bakı-Şamaxı yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Ajans.az xəbər verir ki,hadisə yolun Qobustan rayonu ərazisindən keçən hissəsində baş verib.
Göyçay rayonundan Bakı istiqamətində hərəkətdə olan "Hyundai Sonata" markalı 99-CL-755 dövlət nömrə nişanlı avtomobil hərəkətdə olarkən idarəetməni itirərək aşıb.
Hadisə nəticəsində avtomobildə olan sərnişin, Göyçay rayon sakini 1959-cu il təvəllüdlü Məznunə Ətraf qızı Xəlilova aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Hadisə nəticəsində yolun Şamaxıdan Bakıya gələn istiqamətində sıxlıq yaranıb.
Faktla bağlı araşdırma aparılır./oxu.az
Mövzular: