Ana səhifə / Dünya / Rusiyaya qarşı yeni sanksiya paketi hazırlandı Rusiyaya qarşı yeni sanksiya paketi hazırlandı Dünya 15-05-2025 - 01:45 Fransanın XİN başçısı Rusiyaya qarşı 17-ci sanksiya paketinin razılaşdırıldığını təsdiqləyib. Fransa xarici işlər naziri Jan-Noel Barro Avropa İttifaqı və ABŞ-ın Rusiyaya qarşı sanksiyaları sərtləşdirməli olduğunu bildirib. Ajans.az xəbər verir ki, nazir bu barədə "BFMTV" telekanalına müsahibəsində danışıb. Diplomat həmçinin Avropa İttifaqı səfirlərinin Rusiyaya qarşı 17-ci sanksiya paketini razılaşdırdığını təsdiqləyib.