Reklam resmi
Reklam resmi

Avtomobil dərəyə aşıb, xəsarət alanlar var

Avtomobil dərəyə aşıb, xəsarət alanlar var
Hadisə

Lerikdə bir ailənin üç üzvü, habelə daha bir nəfər yol qəzasında xəsarət alıb.  

Ajans.az xəbər verir ki, hadisə Lənkəran-Lerik yolunda baş verib.

Belə ki, Astara rayon sakini, 1989-cu il təvəllüdlü Elnur İbrahim oğlu Qurbanlının idarə etdiyi "Opel" markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü, həyat yoldaşı - 1995-ci il təvəllüdlü Aidə Mərhəmət qızı Qurbanlı, 5 yaşlı övladı N.Qurbanlı, eləcə də 1989-cu il təvəllüdlü Rəvanə Baba qızı Əliyeva xəsarət alıblar.

Yaralılar ətrafdakıların köməyi ilə nəqliyyat vasitəsindən çıxarılaraq, xəstəxanaya çatıdırlıblar.

Faktla bağlı araşdırma aparılır.

Mövzular:
Astara rayon "Opel" Qəza Hadisə

Digər Xəbərlər