Bakıda sakinlər bu səbəbdən evlərindən çıxa bilmir
Atatürk prospekti 41 ünvanındakı bina sakinləri iddia edirlər ki, liftin işləməməsi səbəbindən bəzən günlərlə evdən bayıra çıxa bilmirlər.
Ajans.az xəbər verir ki, 9 mərtəbəli 96 mənzilli iki bloklu binanın sakinləri yuxarı mərtəbələr çıxmaqda çətinlik çəkirlər.
Binanın 90 yaşlı sakini Qələndər Çobanzadə deyir ki, 8-ci mərtəbədə yaşayır. Problemin həlli üçün dəfələrlə "Lift-Təmir" İstesalat Birliyinə müraciət etmələrinə baxmayaraq nəticə dəyişməyib.
Mövzular: