Reklam resmi
Reklam resmi

Bu ölkənin millisi Dünya Kubokunda tarixi rekorda İMZA ATDI

Bu ölkənin millisi Dünya Kubokunda tarixi rekorda İMZA ATDI
Dünya

2026-cı il FIFA Dünya Kubokunun H qrupunda ikinci turun oyunları çərçivəsində Kabo-Verde millisi Uruqvay yığması ilə 2:2 hesablı heç-heçə edib.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, Kabo-Verdenin vurduğu ilk qol turnir tarixində əlamətdar hadisə kimi qeydə alınıb. Belə ki, Afrika təmsilçisi Dünya Kubokundakı debütündə birbaşa cərimə zərbəsindən qol vuran ilk komanda olub.

Tarixi qola Rusiyanın FC Krasnodar klubunda çıxış edən yarımmüdafiəçi Kevin Lenini imza atıb.

Qeyd edək ki, Kabo-Verde millisi ilk dəfə Dünya Kubokunun final mərhələsində iştirak edir və artıq turnirin ilk oyunlarında diqqətçəkən nəticələri ilə yadda qalmağı bacarıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Dünya Kuboku Kabo-Verde millisi Uruqvay

Digər Xəbərlər