Elon Mask trilyoner statusunu itirib
Amerikalı sahibkar İlon Maskın sərvəti 1 trilyon dollardan aşağı enərək 957 milyard dollar təşkil edib.
Ajans.az xəbər verir ki, bu barədə "Bloomberg Billionaires Index" reytinqinə istinadən məlumat yayılıb.
Reytinqə əsasən, son dəyişikliklər nəticəsində Maskın sərvəti 118 milyard dollar azalıb. Beləliklə, o, trilyonerlər siyahısını tərk edib.
"Bloomberg Billionaires Index" milyarderlərin sahib olduqları şirkətlərin səhmlərinin bazar dəyəri əsasında hesablanır. Bəzi şirkətlər üzrə qiymətləndirmə zamanı bazar kapitallaşmasının EBITDA-ya və ya səhm qiymətinin bir səhmə düşən mənfəətə nisbəti də nəzərə alınır.
Mövzular: