Reklam resmi
Reklam resmi

Seul Ukraynaya müraciət etdi: Şimali Koreya əsirlərini bizə verin!

Seul Ukraynaya müraciət etdi: Şimali Koreya əsirlərini bizə verin!
Dünya

Cənubi Koreya Ukrayna tərəfindən əsir götürülən və Rusiya ordusunun tərkibində döyüşdüyü bildirilən bütün Şimali Koreya hərbçilərini, onların istəyi olduğu təqdirdə, qəbul etməyə hazır olduğunu bəyan edib.

Ajans.az Reuters agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyi açıqlama yayıb. Bildirilib ki, Seul Şimali Koreya vətəndaşlarının istəkləri əleyhinə olaraq Rusiyaya və ya Şimali Koreyaya geri qaytarılmasının əleyhinədir.

Nazirliyin bəyanatında vurğulanıb ki, hərbi əsirlərin gələcək taleyi ilə bağlı qərarlar yalnız könüllülük prinsipi əsasında qəbul edilməlidir və onların şəxsi iradəsinə hörmət olunmalıdır.

Məlumata görə, məsələnin müzakirəsi məqsədilə Cənubi Koreya və Ukrayna rəsmiləri arasında görüşün iyunun 30-da Seulda keçirilməsi planlaşdırılır. Tərəflərin görüş zamanı Şimali Koreya hərbi əsirlərinin hüquqi statusu və gələcək taleyi ilə bağlı məsələləri müzakirə edəcəyi gözlənilir.

Qeyd edək ki, son aylarda Ukrayna tərəfi Rusiya qüvvələrinin sıralarında döyüşən bəzi Şimali Koreya hərbçilərinin əsir götürüldüyünü açıqlamışdı. Bu məsələ beynəlxalq ictimaiyyətin diqqət mərkəzində qalmaqda davam edir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Cənubi Koreya Ukrayna Rusiya Şimali Koreya

Digər Xəbərlər