Reklam resmi
Reklam resmi

ABŞ-də GÜCLÜ YANĞIN- VİDEO

ABŞ-də GÜCLÜ YANĞIN- VİDEO
Dünya

ABŞ-nin Hyuston şəhərində yerləşən tullantı emalı zavodunda baş verən yanğının söndürülməsi istiqamətində genişmiqyaslı işlər aparılır.

Ajans.az xəbər verir ki, yanğın iyunun 22-də günorta saatlarında başlayıb. Hadisə yerinə çoxsaylı yanğınsöndürmə briqadaları cəlb olunub və hazırda təxminən 200 yanğınsöndürən alovla mübarizə aparır.

İlkin məlumatlara əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb. Səlahiyyətli qurumlar tərəfindən aparılan monitorinqlər havadakı zərərli hissəciklərin səviyyəsinin normadan artıq olmadığını göstərir.

Yanğının başvermə səbəbləri araşdırılır. Hadisə yerində təhlükəsizlik tədbirləri gücləndirilib və yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Hyuston şəhəri tullantı emalı zavodu

Digər Xəbərlər