Reklam resmi
Reklam resmi

Rusiya səmasında UNO müşahidə edilib

Rusiya səmasında UNO müşahidə edilib
Dünya

Rusiyanın Omsk vilayətində səmada qeyri-adi uçan obyekt müşahidə olunub. Omsk Planetariumunun direktoru Vladimir Krupko hadisə zamanı çəkilmiş foto və videoları sosial şəbəkədə paylaşıb.

Ajans.az xəbər verir ki, görüntülər Nijneomski rayonunda yerləşən çöl düşərgəsində aparılan müşahidələr zamanı qeydə alınıb. Kadrlarda qırmızı, yaşıl, ağ və sarı rənglərlə parıldayan işıqlar görünür. Obyektin hərəkəti nəticəsində işıqlar uzanmış və bulanıq formada əks olunub.

Vladimir Krupko bildirib ki, naməlum obyekt bir müddət düşərgənin üzərində hərəkət edib və müşahidəçilərin diqqətini cəlb edib.

"UNO uzun müddət düşərgənin üzərində dövrə vururdu. Daha sonra cənub istiqamətinə doğru hərəkət etdi", – deyə o qeyd edib.

Lakin astronom sonradan yerli mediaya açıqlamasında hadisənin daha sadə izahının ola biləcəyini bildirib. Onun sözlərinə görə, müşahidə olunan obyekt böyük ehtimalla təyyarə olub.

"Mən bu görüntüləri Omsk yaxınlığında, Kormilovski rayonunda çəkmişəm. Ehtimal ki, bu, təyyarədir. O, mütəmadi olaraq eyni marşrut üzrə uçur. Hələlik bunun nə olduğunu dəqiq müəyyən edə bilməmişik, lakin mənim əsas versiyam təyyarə olmasıdır", – deyə Krupko bildirib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya UNO

Digər Xəbərlər