2026 Dünya Kuboku tarixə düşdü: Yeni REKORD
2026-cı il FIFA Dünya Kuboku turnirin oyunlarının yalnız üçdə biri keçirilməsinə baxmayaraq, tamaşaçı sayına görə yeni rekord müəyyənləşdirib.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, 104 qarşılaşmadan 36-sının yekunlaşmasından sonra stadionlara gələn azarkeşlərin ümumi sayı 2 milyon 307 min 947 nəfərə çatıb.
Məlumata əsasən, oyun başına orta tamaşaçı sayı 64 min 110 nəfər təşkil edib. Stadionların doluluq göstəricisi isə 99,54 faiz olub.
Dünya Kuboku iyunun 11-də start götürüb və iyulun 19-dək davam edəcək. Turnirə ABŞ, Meksika və Kanada ev sahibliyi edir.
Qeyd edək ki, hazırkı dünya çempionu 2022-ci il finalında Fransanı məğlub edən Argentinadır. Bu il keçirilən turnirdə ilk dəfə olaraq 48 milli komanda mübarizə aparır.
Mövzular: