Reklam resmi
Reklam resmi

Bu ölkədə DƏHŞƏT: Yeniyetmə valideynlərini ÖLDÜRDÜ

Bu ölkədə DƏHŞƏT: Yeniyetmə valideynlərini ÖLDÜRDÜ
Dünya

Hollandiyanın Qroningen əyalətinin Meerstad şəhərində 13 yaşlı qız valideynlərinin qətlində iştirak etməkdə şübhəli bilinərək saxlanılıb.

Ajans.az xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarına istinadən Dutch News məlumat yayıb.

Məlumata görə, polis şəxsi yaşayış evində iki nəfərin meyitini aşkar etdikdən sonra yeniyetmə qızı həbs edib. Hüquq-mühafizə orqanları ölən şəxslərin qızın valideynləri olduğunu ehtimal edir.

Polis hələlik hadisənin təfərrüatlarını açıqlamayıb. Bildirilir ki, hazırda iş üzrə genişmiqyaslı istintaq aparılır, hadisə yerində kriminalistlər və məhkəmə-tibbi ekspertlər çalışırlar.

Yetkinlik yaşına çatmadığı üçün şübhəlinin şəxsiyyəti ilə bağlı əlavə məlumat verilmir.

The Telegraaf nəşrinin məlumatına görə, faciənin baş verdiyi evin qarşısında satış lövhəsi yerləşdirilib. Qonşuların sözlərinə görə, ailə yaxın vaxtlarda köçməyə hazırlaşırmış və ev artıq satılmışdı.

Hadisədən sonra evdə olan it yerli heyvan sığınacağına aparılıb.

Yerli sakinlər baş verənlərdən sarsıldıqlarını bildiriblər. Onların sözlərinə görə, ailə sakit həyat sürür, qonşular arasında seçilmirdi və maddi cəhətdən təminatlı görünürdü.

Polis hadisənin motivini və bütün detallarını müəyyənləşdirmək üçün araşdırmaları davam etdirir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Hollandiya Qroningen əyaləti

Digər Xəbərlər