Reklam resmi
Reklam resmi

Futbolçu Dünya Kubokunda AĞIR ZƏRBƏ ALDI

Futbolçu Dünya Kubokunda AĞIR ZƏRBƏ ALDI
Dünya

Kanada millisinin yarımmüdafiəçisi İsmael Kone 2026-cı il Dünya Kubokunun qrup mərhələsində Qətərə qarşı keçirilən oyunda ciddi zədə alıb.

Ajans.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano sosial şəbəkə hesabında məlumat yayıb.

Məlumata görə, 23 yaşlı futbolçunun baldır və fibula sümüklərində sınıq aşkarlanıb. Kone hazırda xəstəxanadadır və əməliyyata hazırlanır. İlkin proqnozlara əsasən, onun 4-5 ay müddətinə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Hadisə qarşılaşmanın 51-ci dəqiqəsində baş verib. Kone Qətər millisinin müdafiəçisi Assim Madibonun sərt müdaxiləsindən sonra yerə yıxılıb və tibbi yardım göstərildikdən sonra xərəkdə meydandan çıxarılıb.

Oyunun baş hakimi əvvəlcə qayda pozuntusuna görə Madiboya sarı vərəqə göstərsə də, VAR sisteminin müdaxiləsindən sonra qərarını dəyişərək futbolçuya birbaşa qırmızı vərəqə verib.

Kanada millisinin və futbolçunun klubu tərəfindən hələlik rəsmi tibbi açıqlama yayılmayıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Kanada 2026-cı il Dünya Kuboku Qətər

Digər Xəbərlər