Tramp etiraf ETDİ: Bir-birimizə aşiq olduq
ABŞ prezidenti Donald Tramp Misir prezidenti ilə ilk görüşünü xatırlayaraq, onların arasında qarşılıqlı anlaşmanın tez yarandığını bildirib.
Ajans.az xəbər verir ki, onun sözlərinə görə, görüş zamanı tərəflər arasında müsbət münasibət formalaşıb və söhbət gözlənildiyindən daha uzun çəkib.
“O, oteldə idi, mən də onunla görüşdüm. Aramızda çox yaxşı anlaşma yarandı. Hətta Hillari Klintonla görüşmək istəmədiyini və mənim seçkilərdə qalib gələcəyimi düşündüyünü söylədi. Bizim aramızda əla kimya var idi və mən orada planlaşdırıldığından iki dəfə çox qaldım”, – deyə Tramp bildirib.
ABŞ liderinin bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilərin diqqətini xüsusilə Trampın münasibətləri təsvir edərkən istifadə etdiyi ifadələr cəlb edib.
Mövzular: